Accessibility links

Suriyaya dair sülh konfransı təxirə salınıb


ABŞ, Rusiya və BMT Suriyaya dair sülh konfransını iyul ayınadək təxirə salıb. Buna səbəb kimi tərəflərin diplomatik danışıqlar üçün hazır olmamaları göstərilir. Vaşinqtonda təhlilçilər tərəflərin müşavirədə kimlərin iştirak ediləcəyinə dair razılığa gələ bilmədiklərini deyib. Bu arada Suriya hökumət qüvvələri üç həftə davam edən şiddətli döyüşlərdən sonra Quseyr şəhərinə nəzarəti ələ keçirib.

Təhlilçilər deyib ki, strateji Quseyr şəhərini yenidən ələ keçirməsi hökumətə üsyançılarla gələcək mümkün danışıqlar zamanı daha möhkəm mövqedən çıxış etmək imkanı verir.
Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutundan politoloq Deyvid Şenker deyib ki, prezident Bəşar Əl-Əsədin təslim olmaq barədə müzakirə etmək üçün planı yoxdur və Rusiya ona güclü dəstək göstərir.

Şenkerin sözlərinə görə, Quseyr şəhərinə nəzarəti əla alması müharibəni udması demək olmasa da, bu, prezident Əsədin mövqeyini möhkəmləndirib.

Mühafizəkar təhlilçi Toni Badran deyib ki, İran Dəməşqdə müttəfiqlərinə strateji mövqeləri ələ keçirməkdə yardım edir.

Badran ABŞ Konqresinin Xarici Məsələlər üzrə Alt Komitəsini İranın Suriyaya yardımının qarşısını almağa çağırıb. O, əlavə edərək bildirib ki, ABŞ Suriyanın şimal və cənubunda rejimi sarsıtmaq üçün müttəfiqi Türkiyə və İordaniyanın münaqişədə daha aktiv iştirakına çağırmalıdır.
XS
SM
MD
LG