Accessibility links

Qvatemalada itkin düşənlərin axtarışı dayandırılıb


Qvatemala bu ay vulkanın püskürməsi nəticəsində itkin düşən təxminən 200 insanın axtarışını dayandırıb.

Rəsmilər Fueqo vulkanının püskürməsi nəticəsində 100 nəfərin öldüyünü təsdiqləyib.

Ölkənin fövqəladə hallar agentliyi CONRED bazar günü bildirib ki, San Miqel Los Lotes və El Rodeoda axtarışları dayandırıb, çünki həmin ərazilərdə “insanlar yaşamır və orada risk yüksəkdir.”

Vulkan hər saatda 4-5 dəfə püskürməyə davam edir və havaya 1000 metr yüksəkliyə qədər kül buraxır.

Fövqəladə hallar rəsmiləri bildirib ki, bazar günü vulkanın püskürməsi təxminən 1 milyon insana təsir göstərib və vulkanın yaxınlığındakı ərazilərdən 3265 insan evakusiya edilib.

Fueqo paytaxt Qvatemala şəhərinin 44 kilometr cənub-qərbində, turistlər arasında populyar olan Antiqua şəhərinin yaxınlığında yerləşir.

Bu arada, Qvatemalanın hüquq-mühafizə orqanları fövqəladə hallar protokollarına düzgün riayət edilib-edilmədiyinə dair təhqiqata başlayıb. Müxalifət partiyaları CONRED-i təxliyyə qərarlarını gec verməkdə ittiham edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG