Accessibility links

Qəzzafi loyalistləri üsyançıları atəşə tutub


Qəzzafi loyalistləri üsyançıları atəşə tutub
Qəzzafi loyalistləri üsyançıları atəşə tutub

Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr şərqi Əcdəbiyə yaxınlığındakı üsyançı mövqelərini raket atəşinə tutublar. Raket yağışı nəticəsində itkilərin olub-olmadığı müəyyən edilməyib. Dünən şəhərin qərbində gedən döyüşlərdə 7 nəfər ölmüş, 27 nəfər yaralanmışdır.

Dünən Liviyanın azı iki şəhərində atışmalar haqda məlumat dxil olub. Üsyançılar neft şəhəri Breqada Qəzzafipərəst qüvvələrlə toqquşublar.

Şahidlər qərbi Misrata şəhərində də ağır döyüşlərin getdiyini xəbər verir. Üsyançılar hökumət qüvvələrin şəhərə kaset bombalar atmaqda ittiham edirlər. Üsyançıların sözçüsü Reuters xəbər agentliyinə bildirib ki, Qəzzafiyə loyal qüvvələr şəhərin sənaye sektoruna 100 qadağan olunmuş partlayıcı maddə atıblar.

XS
SM
MD
LG