Accessibility links

Rəqibləri Netanyahunun vəzifə müddətinə tez bir zamanda son qoymağa çalışır


"Yeş Atid" partiyasının başçısı Yair Lapid və "Yamina" partiyasının lideri Naftali Bennett
"Yeş Atid" partiyasının başçısı Yair Lapid və "Yamina" partiyasının lideri Naftali Bennett

İsrailin Baş naziri Benyamin Netanyahunun opponentləri cümə axşamı onun vəzifədəki 12 illik müddətinə son qoymaq üçün parlamentdə sürətli səsvermə təşkil ediblər.

Netanyahunun rəqibləri ümid edir ki, sürətləndirilmiş səsvermə onun yeni koalisiyanın qarşını almaq cəhdlərini çətinləşdirəcək.

Bu siyai manevr İsrailin ideoloji baxımdan müxtəlif olan siyasi partiyalarının çərşənbə günü uzun müddətdir ölkənin baş naziri olan Benyamin Netanyahunu vəzifədən göndərə biləcək kövrək bir müqavilə əldə etməsindən sonraya təsadüf edib.

Gecə yarısının bitməsinə bir saatdan az qalmış "Yeş Atid" partiyasının başçısı Yair Lapid 120 yerlik Knessetin əksəriyyətinin dəstəyini aldığını elan edib.

Sərt millətçi siyasət tərəfdarı Yamina partiyasının rəhbəri Naftali Bennett bazar günü Lapid koalisiyasına dəstək verəcəyini bildirmişdi.

İki lider arasındakı razılaşmaya görə, ilk iki il baş nazir vəzifəsini Bennet icra edəcək, daha sonra isə vəzifənin başına Lapid keçəcək.

Lakin Lapidin kövrək səkkiz partiyalı koalisiyası Knessetdə az səs fərqi ilə çoxluq təşkil edir.

Lapid koalisiyasına daxil olan "Əmək Partiyası"nın lideri Merav Maykeli Netanyahuya qarşı düşmənçiliyin bəzi ortaq nöqtələr tapmaq üçün kifayət qədər stimul verəcəyinə ümid etdiyini deyib.

"Son iki ayda keçirilən kampaniya boyunca demişəm və vəd etmişəm ki, "Əmək Partiyası" Netanyahu rejimini əvəz edəcək bir hökumət qurmaq üçün hər cür səy göstərəcək. Çox və çox narahat günlərimiz olub. Bu gün biz uğur əldə etdik, tarix yazdıq, vədimizə əməl etdik. Hər zaman sizə həqiqəti söyləyəcəyimizə və buna əməl edəcəyimizə söz verdik, və bu gecə bunu bacardıq” - deyə, Merav Maykeli bildirib.

Prezident Reuven Rivlin mayın əvvəlində Netanyahunun koalisiya yarada bilməməsindən sonra Lapidə partiyaları bir araya gətirərək, koalisiya qurmaq imkanı verib.

Artıq Knessetdən yeni hökumətlə bağlı etimad səs verməsi keçirməlidir. Bu prosedur bazar ertəsi keçiriləcək növbəti plenum iclasına qədər təsdiq edilə bilməz.

İsrail iki ildir siyasi bir qarışıqlıq içərisindədir və bu müddət ərzində ölkədə dörd dəfə seçki keçirilib.

İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

2019-cu ildə keçirilən iki seçkidən sonra Netanyahu koalisiya hökuməti qura bilməyib, lakin müvəqqəti baş nazir olaraq qalıb. Bir il əvvəl o, rəqibi Benni Qantzla koalisiya hökuməti qursa da, dekabr ayında parlament büdcəni təsdiq edə bilmədiyi üçün həmin hökumət dağılıb.

2009-cu ildən bəri baş nazir olan 71 yaşlı Netanyahu 1990-cı illərdə də üç il baş nazir vəzifəsini icra edib. Korrupsiya ittihamları ilə üzləşən Netanyahu hər hansı pozuntuya yol verdiyini rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG