Çin höküməti kiçik jurnalist qrupu üçün siyasi təhsil və ya Çində rəsmi olaraq "peşə təlim mərkəzləri" adlanan Qoşqar, Hatan və Qaraqaşda yerləşən 3 düşərgəyə səfər təşkil edib.
Bu düşərgələr əsasən uyğurların, həmçinin qazax, qırğız və tatar etnik azlıqların yaşadığı Şincan bölgəsinin cənubunda yerləşir.
Настоящее Время: Rəqs, musiqi və kulinariya dərsləri - Çin hökuməti jurnalistləri "tərbiyə düşərgələrinə" aparıb
Hüquq müdafiəçiləri və düşərgələrin sabiq “tərbiyəçiləri” Çin hökümətini işgəncələrdə, qeyri-insanı saxlanma şəraiti və insan hüquqlarının pozulmasında günahlandırır. Lakin Şincanda xarici jurnalistlərə tamamilə fərqli bir mənzərə nümayiş etdirilib.
Jurnalistlərin ziyarətləri qısa olub və onları daim məmurlar müşayiət edib.
Otaqların birində təhsil alanlara çin dilində toylarda oxuyub-oynamaq və yaslarda ağlamağın yasaqlanması ekstremizm əlamətləri olduğundan danışıblar.
Digər otaqda jurnalistləri uşaq mahnısı sədaları altında qarşılayıblar. Jurnalistlər bu çıxışın məhz onlar üçün hazırlandığını bildirirlər.
Başqa bir qrup tələbə “Vətənimiz çox böyükdür” mətnini oxuyaraq çin dilini öyrənirdi.
Jurnalistlər düşərgələrdə təhsil alan bir neçə nəfərlə danışa biliblər. Lakin bütün danışıqlar səlahiyyətli şəxslərin iştirakı ilə baş tutub. Jurnalistlər həmçinin müstəqil mənbələrdən insanların sözlərini təsdiq edə bilməyib.
Düşərgədə olanlar oraya məmurlardan xəbər alaraq öz istəkləri ilə gəldiklərini bildiriblər. Onlardan bir çoxu eyni cümləni deyib “onlar ekstremizm düşüncələrinə yoluxub”.
Düşərgələrdə yaşayanlar deyirlər ki, onlara qohumlara zəng etmək imkanı verilir, lakin mobil telefonlardan istifadəyə icazə verilmir. Onlar hətta halal yemək verildiyi bildirilir. Lakin onlar çin dili və qanunları haqda biliklərini müəyyən səviyyəyə çatdıqdan sonra düşərgələrdən "azad edilirlər".
Beynəlxalq hüquq müdafiə təşkilatları və dünya KİV-ləri 2017-ci ilin aprel ayından Çində etnik azlıqlar olan uyğurlar, qazaxlar və qırğızların sıxışdırılması və onları Şincandakı “siyasi tərbiyə düşərgələrinə” məhkum olunması barədə xəbər verir.
Pekin isə siyasi düşərgələrdə azlıqların işgəncələrə məruz qaldığına dair iddiaları rədd edir.