Accessibility links

Rumıniyada ABŞ-ın Avropada raketlərdən müdafiə sisteminin bir hissəsi olan obyektin tikintisi başlayıb


ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi
please wait

No media source currently available

0:00 0:03:34 0:00

ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi

Rumıniyada Birləşmiş Ştatların Avropada raketlərdən müdafiə sisteminin bir hissəsi olan obyektin tikintisi başlayıb. Rusiya öz sərhədləri yaxınlığında ABŞ-ın raket müdafiə sisteminin yerləşdirilməsinin əleyhinə çıxış edir. Ekspertlərin fikrincə, Rusiyanın buna qarşı cavab addımı atacağı gözlənilir.

Raket bazası Rumıniya paytaxtı Buxarestin 180 kilometrliyində yerləşən Deveselu kəndində yaxınlığındakı keçmiş hərbi hava bazasının yerində tikiləcək. ABŞ Dövlət katibinin müdafiə məsələləri üzrə müşaviri Ceyms Miller bazar ertəsi günü açılış mərasiminə qatılıb. “2015-ci ilə qədər ikinci faza başa çatan zaman Avropa daha təhlükəsiz olacaq. ABŞ qüvvələri daha yaxşı müdafiə olunmacaq, Rumıniya daha təhlükəsiz olacaq və NATO müttəfiqləri daha güclü olacaq.”

Rumıniya prezidenti Trayan Baçesku da mərasimdə iştirak edib.
“Rumıniya Avropa və Amerika vətəndaşlarını ballistik raketlərdən gələn təhlükələrdən daha yaxşı müdafiə etmək üçün ən yaxşı həll yolunu təmin edən NATO ölkələri klubuna daxil olur.”

ABŞ-ın Avropada raket müdafiə sistemi planları Çex Respulikası və Polşada obyektlərlə yanaşı, Türkiyədə radar qurğusunun yerləşdirilməsini əhatə edir. ABŞ və NATO rəsmiləri sistemin Avropanı İran və Şimali Koreyadan gələn mümkün hücumlardan qorumaq məqsədi daşıdığını bildirib.

Rusiya prezidenti Vladimir Putin artıq illərdir planın əleyihə çıxış edərək, onun Rusiyanın müdafiə qabiliyyətlərinin azadılmasına yönəldiyini bildirir. “Bizim fikrimizcə, Avropada raketlərdən müdafiə sisteminin yerləşdirilməsi üçün heç bir səbəb yoxdur. Bizim hərbi ekspertlər sustemin Urala qədər Rusiya federasiyası ərasizini əhatə edəcəyinə inanır.”

NATO Rusiyanın narahatlıqlarını ünvanlamaq məqsədilə müdafiə planlarını bir neçə dəfə dəyişib. Lakin Birləşmiş Ştatlar Moskvanın ABŞ-ın Avropadakı müdafiə obyektlərinin Rusiya qüvvələrini hədəf almayacağı barədə qarantiyalar verməsi tələbini rədd edib.

Rusiyalı təhlilçi Pyotr Yeltsov Amerikanın Səsinə müsahibə deyib ki, Rusiya ABŞ-ın raketlərdən müdafiə sisteminin ölkəyə qarşı yönəldiyini hesab edir.
“Rusların çoxu mən inanıram ki, sistemin İran, ya da Şimali Koreya əleyhinə olmadığına əmindir, çünki bu, Rusiya sərhəddindədir. Rusiyada çox adam prezident Putin və onun hökumətinin cavabına dəstək verəcək.”

Moskva rəsmiləri ABŞ-ın Rusiya sərhəddi yaxınlığında sistem yerləşdirməsinə ciddi cavab veriləcəyini bəyan ediblər. Pyotr Yeltsov sözlərin ardınca siyasi və hərbi addımların atıla biləcəyini deyir.“Onlar Avropaya ən yaxın Kaliniqradda hərbi mövcudluğu artıra bilər. Onlar həmçinin Cənubi Amerikada ABŞ hökumətinə dost münasibət bəsləməyən bəzi ölkələrlə hərbi səylərə qoşula bilər. Təbii ki, bu, Rusiyanın Suriyada siyasətinə təsir göstərə bilər. Suriya prezidenti Bəşar Əsəd və dünyada Amerika əleyhdarı rejimlərə dəstək arta bilər.”

ABŞ və NATO-nun ballistik raketlərdən müdafiə sisteminin dörd fazada qurulması nəzərdə tutulub. Sistemin 2020-ci ilə qədər qurulması planlaşdırılıb.
XS
SM
MD
LG