Accessibility links

Amerikada Ramazan [VİDEO]


Amerika müsəlmanları müqəddəs Ramazan ayına başlayıb. Dünyanın hər yerindəki müsəlmalar kimi Amerikada da müsəlmanlar oruc ayına hazırlıq görüb.

Amerikada Ramazan
please wait
Embed

No media source currently available

0:00 0:02:01 0:00
Vaşinqton şəhəri yaxınlığındakı bu mağazada İslam qanunlarına uyğun olan Halal mallar satılır. Ramazan ayı isə müsəlmanların alış-veriş üçün xüsusi vaxtıdır.

Məgdi Mahmud alıcıdır. “Bu, sülh ayıdır, Bu, mərhəmət ayıdır və bu ay mənə güc verir”.

Birləşmiş Ştatlar milyonlarla müsəlmana vətəndir və onların çoxu başqa ölkələrdə olduğu kimi burada oruc tutur. Bu alıcı heç bir fərqin olmadığını deyir. “Fərqi yoxdur, Ramazan hər yerdə Ramazandır. Qaydalar birdir. Burada yalnız vaxt fərqi var, 12 saat gecə, 12 saat gündüz. Mənim fikrimcə burada orucun vaxtı bir az uzun olur, Fərq yalnız bundadır”.

Müsəlmanlar gün ərzində oruc tutur və oruclarını gün batanda açırlar. Çoxları Ramazan yeməklərini sevir. Alıcılar adətən ərzağı Ramazandan əvvəl alırlar.

Əsədulla Yusufzai kiçik marketin sahibidir. “Ramazan ayı alıcılar əsasən xurma, təzə ət, əsasən Halal ət, ədviyyələr və meyvə alırlar. Mən artıq dükanıma Ramazanda satılacaq mallar gətirmişəm.”

Mağazaların çoxu isə alıcıları vaxt baxımından razı salmağa çalışırlar.

“Ramazan ayı biz bir-iki saat artıq işləyirik. Yəni hamı lazım olan malı Alana qədər.” deyə, Əsədulla bildirir.

Ramazanın sonu Eyd -bayram günü ailələrin bir araya gəldiyi gündür.

Ariş Amerika müsəlmanıdır. “Ramazandan sonra Eyddir və mənim ailəm Mərakeşdən buraya gəlir və mən çox sevinirəm.”

Amerikada Ramazan ayı bütün müsəlmanlar üçün eyni hisslərlə yaşanır.
XS
SM
MD
LG