Accessibility links

Ramazan-xeyriyyəçilik ayı [Video]


Ramazan-xeyriyyəçilik ayı
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Ramazan dünya müsəlmanlarının ürəklərinin dərinliyinə yol açan bir aydır. Bu müqəddəs ay həm də xeyriyyəçilik naminə müsəlmanların nemətləri ilə bölüşdüyü bir vaxtdır.

Amerikanın islam yardım təşkilatının vəsait toplayır. Bu vəsait münaqişələr və təbii fəlakətlərə məruz qalan insanlara yardım məqsədi daşıyır.

800 adamın toplaşdığı bu tədbir xeyriyyəçilik naminə təşkil edilib. Belə ki, Ramazan insanların əməllərinin mükafatlandırılacağına inandıqları bir aydır.

Amerikalı müsəlman Metyu Lonqakr:“Ramazan ayında daha çox xeyriyyəçiliklə məşğul oluram. Mənim üçün ehtiyac içərisində olan insanlara onların xahiş etməsindən əvvəl əl uzatmaq çox mühümdür. ”

İffət Ziya: “Mənim balaca uşaqlarım var. Onlar başa düşməlidirlər ki, insanlar ehtiyacı olanlara yardım etməlidir.”

İslam yardım təşkilatının icraşı direktoru Ənvər Xan Ramazan ayında xeyriyyəçiliyin artdığını deyir.“İyanələrin 50 faizi məhz Ramazanda toplanır. Biz altı ay ərzində gördüyümüz işi Ramazanda bir ayda görürük.”

Metyu Lonqakr:“ “Mənim yardımımın bu gün dua edən bir kəsə çatacağına ümid edirəm.”

İffət Ziya: “Hər gün xəbərlərdə ürək ağrısı ilə izlədiyimiz Suriya və fələstinli kimsəsiz uşaqlara yardım etməli, onlarla nemətlərimizi paylaşmalıyıq.”

Xanın dediyinə görə, müsəlmanlarlar yalnız müsəlman ölkələrində əziyyət çəkənlərə deyil, ABŞ-da da ehtiyacı olanlara yardım edir. İyanələr yalnız evlərin inşasına deyil, münasibətlərin də yaranmasına xidmət edir. “Arkanzasda tornadodan sonra təmizlik əməliyyatlarına yardım etdik. Yaşlı bir qadın bizə dedi ki, bundan sonra müsəlmanlar haqda televiziya ilə nümayiş etdirilən proqramlara inanmayacağam. Bu, mənim görmək istədiyim idi. Bizim işimizə prezident Klintonun da şahid olması da gözəl hal idi.”

Bir saat ərzində tədbir 200 min dollar pul toplayıb.

Ramazan iyanələri insanlara yalnız əməllərinə görə qarşılıq ümidi deyil. Bu, həm də ehtiyacı qarşılananların xeyir-duası deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG