İran polisinin bildirdiyinə görə, iyun ayında mübahisəli prezident seçkilərinin ildönümündə hər hansı müxalifət nümayişinin keçirilməsinə icazə verilməyəcək. İranın İLNA xəbər agentliyinin Tehranın polis rəisi general Hüseyn Sacadiniaya istinadən bildirib ki, polis qeyri-qanuni nümayişlərin qarşısını alacaq. Müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi tərəfdarlarını president Mahmud Əhmədinejadın qanunsuz olaraq yenidən dövlət başçısı seçilməsini qeyd etmək üçün iyunun 12-də dinc nümayişlərə çağırıb. Müxalifət cənab Əhmədinejadı seçkiləri saxtalaşdırmaqda ittiham edir və Mir Hüseyn Musəvinin qanuni qalib olduğunu bildirir.
İran polisi isə nümayişlərə icazə verilməyəcəyini bildirib