Accessibility links

İran parlamentinin deputatları Əhmədinejadın impiçmentini istəyir


İran parlamentinin deputatları Əhmədinejadın impiçmentini istəyir
İran parlamentinin deputatları Əhmədinejadın impiçmentini istəyir

İmpiçment müraciəti mühafizəkar deputat Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanıb. İmpiçment layihəsində Əhmədinejada 11 sual ünvanlanıb. Suallardan 3-ü iqtisadi duruma, 3-ü qanun pozuntularına, 3-ü siyasi, 2-si isə mədəniyyət sahəsinə aiddir.

İyunun 26-da İran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment olunması üçün parlamentin Rəyasət Heyətinə müraciət edib.

Müraciət mühafizəkar deputat Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanıb. İmpiçment layihəsində Əhmədinejada 11 sual ünvanlanıb. Suallardan 3-ü iqtisadi duruma, 3-ü qanun pozuntularına, 3-ü siyasi, 2-si isə mədəniyyət sahəsinə aiddir.

İyunun 27-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Dehqan impiçment müraciətinə baxıldığını və müvafiq qərar çıxarıldığını açıqlayıb.

“Media forum” saytının məlumatına görə, Məhəmməd Dehqan deyib ki, ölkənin indiki həssas şəraitində Əhmədinejadın impiçment olunması hökumətlə parlament arasında əlaqələri zəiflədəcək, bu isə ölkənin xeyrinə deyil: “Rəyasət Heyətinin üzvlərinin əksəriyyəti ölkənin indiki həssas durumunu nəzərə alaraq prezidentin impiçment olunmasını məqsədəuyğun saymadı. Onlar hesab edirlər ki, indiki şəraitdə bu, ölkənin xeyrinə deyil. Rəyasət Heyətinin iclasında qərara gəlindi ki, Əli Mütəhhəri ilə görüş keçirilərək ölkədəki hazırkı həssas şərait ona izah edilsin və xahiş olunsun ki, prezidentin impiçmentinə dair layihə hələlik parlamentin gündəliyinə çıxarılmasın”.

XS
SM
MD
LG