Accessibility links

İran prezidenti Mahmud Əhmədinejad Kubadadır


İran prezidenti Mahmud Əhmədinejad Kubadadır
İran prezidenti Mahmud Əhmədinejad Kubadadır

İran prezidenti Mahmud Əhmədinejad Latın Amerika ölkələrinin səfərinin son dayanacağı olan Kubadadır. Havanada onu Kubanın vitse-prezidenti Esteban Lazo qarşılayıb.

İranın dövlət başçısı prezident Raul Kastro və sabiq prezident Fidel Kastro ilə görüşməlidir. Onun Havana universitetində nitq söyləyəcəyi gözlənilir.

İran prezidenti Mahmud Əhmədinejad Venesuelada Hüqo Çaveslə görüşüb.İran prezidentinin Venesuelaya səfəri Latın Amerikasının dörd ölkəsinə edəcəyi səfərinin ilk dayanacağı olub. Daha sonra Mahmud Əhmədinejad prezident Daniel Orteqanın inaqurasiyasında iştirak etmək üçün Nikaraquaya, bundan sonra isə Kuba və Ekvadora səfər edib.

XS
SM
MD
LG