Accessibility links

İran prezidenti xarici qüvvələrin regiondan çıxarılmasını tələb edir


İran Prezidenti Mahmud Əhmədinejad ölkənin silahlı qüvvələrini alqışlamış və ordunun güclü olduğuna görə heç kəsin İrana hücum etməyə cürət etməyəcəyini bildirib.

İran Prezidenti Mahmud Əhmədinejad ölkənin silahlı qüvvələrini alqışlamış və ordunun güclü olduğuna görə heç kəsin İrana hücum etməyə cürət etməyəcəyini bildirib. O, Tehranda keçirilən illik hərbi paradı seyr edib. Paradda addımlayan əsgərlər, zirehli maşınlar, pilotsuz təyyarələr və 2,000 kilometr məsafəni qət edə bilən Şahab-3 raketləri daxil olmaqla müxtəlif növ mərmilər nümayiş etdirilib. Öz çıxışında İran prezidenti regionda ABŞ və xarici dövlətlərin qüvvələrinin mövcudluğunun qeyri-sabitliyə yol açdığını söyləyib. O, bu qüvvələrdən regionu tərk etməyi tələb edib. Bu arada İranda keçirilən nüvə silahsızlaşdırılması üzrə konfrasın sonuncu günündə xarici işlər naziri Mənuçehr Motəkki dünya dövlətlərini bütün nüvə silahlarını məhv etmək üçün tarix müəyyənləşdirməyə çağırıb.

XS
SM
MD
LG