Accessibility links

İran rəsmisi nüvə sanksiyaları fonunda Çinə gedir


İranın dövlət televiziyası xəbər verir ki, baş nüvə müzakirəçisi Səid Cəlili cümə axşamı Çinə səfər edəcək.

İranın dövlət televiziyası xəbər verir ki, baş nüvə müzakirəçisi Səid Cəlili cümə axşamı Çinə səfər edəcək. Bu səfər planı yeni sanksiyaların tətbiq edilməsi üçün beynəlxalq təzyiqlərin intensivləşdiyi vaxta təsadüf edir. Xəbərdə deyilir ki, Cəlili Tehranın nüvə fəaliyyətini Pekində rəsmilərlə müzakirə edəcək. Çin BMT Təhlükəsizlik Şurasında veto səlahiyyətinə malik olan beş dövlətdən biridir. İndiyədək o, İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə müqavimət göstərərək əvəzində diplomatik həll yoluna üstünlük verdiyini israrla bildirib. Dünən Səkkizlər Qrupunun xarici işlər nazirləri İrana qarşı düzgün və möhkəm addımların atılması ideyasına dəstək verib. Bu arada ABŞ telekanalı iranlı nüvə aliminin Amerikaya qaçdığı və hazırda onun Mərkəzi Kəşfiyyat Agentliyinə kömək etdiyi haqda xəbər yayıb.

XS
SM
MD
LG