Accessibility links

İran xarici işlər naziri xəbərdarlıq edib


Manuçöhr Möttəki deyir ki, yeni sanksiyalar qətnaməsi Türkiyə və Braziliya ilə əldə olunmuş razılığa son qoya bilər

İranın xarici işlər naziri xəbərdarlıq edib ki, ölkəsinə qarşı yeni beynəlxalq sanksiyalar paketi qarşıdurmaya əsas ola bilər. Manuçöhr Möttəkinin sözlərinə görə, yeni sanksiyalar qətnaməsi zənginləşdirilmək üçün 1.2 ton uranın göndərilməsi ilə bağlı Türkiyə və Braziliya ilə əldə olunmuş razılığa son qoya bilər. Keçən ilin oktyabrında Beynəlxal Atom Enerji Agentliyinin vasitəçiliyi ilə təklif olunan sazişi qəbul etməyən İran bu yaxınlarda Türkiyə və Braziliya ilə razılıq əldə edib. Xarici işlər naziri habelə deyib ki, İranın mübahisəli nüvə məsələsini həll etməyin iki yolu var. Onun sözlərinə görə, onlardan biri əməkdaşlıq və inama, digəri isə qarşıdurmaya əsaslanır.

XS
SM
MD
LG