Accessibility links

İranda çörəyin qiyməti yenə qalxıb


İranda çörəyin qiyməti yenə qalxıb
İranda çörəyin qiyməti yenə qalxıb

İranda son aylarda çörəyin qiyməti ikinci dəfə artır. 2010-cu ilin dekabrında qiymət 3 dəfə artmışdı.

Aprelin 26-dan İranda dörd məşhur çörək növünün qiyməti 25% artırılıb. “Media forum” saytının məlumatına görə, aprelin 26-da Tehran əyalətinin Kommersiya Palatasının rəhbəri Abbas Qubadi çörəkxanalara çörəyin yeni qiymətlərlə buraxılması göstərişi verildiyini bildirib.
Bu gündən Tehranda 700 qramlıq “Sanqak” çörəyi 5000 riala (0,50 ABŞ dolları), 600 qramlıq “Bərbər” 3750 riala (0,37 dollar), 300 qramlıq “Taftun” 2500 riala (0,25 dollar ), 70 qramlıq lavaş 1250 riala (0,13 dollar) satılır. Əyalətlərə çörəyi daha ucuz satmaq səlahiyyəti verilib.
İranda son aylarda çörəyin qiyməti ikinci dəfə artır. 2010-cu ilin dekabrında qiymət 3 dəfə artmışdı.

XS
SM
MD
LG