Accessibility links

İranda gənc aktrisa tutulub


İranda gənc aktrisa tutulub
İranda gənc aktrisa tutulub

Peqah Ahəngərani 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisi zamanı müxalifət lideri Mirhüseyn Musəvinin seçki qərargahının fəal üzvlərindən olub. Gənc aktrisa seçkinin rəsmi nəticələrinə kütləvi etirazlar vaxtı tutulub dindirildikdən sonra azadlığa buraxılmışdı.

İranda “yaşıl hərəkat”ın tərəfdarı olan gənc aktrisa Peqah Ahəngərani tutulub. Hadisə 3 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

“Media forum” saytının məlumatına görə, ETTELAAT əməkdaşları iyulun 11-də Peqah Ahəngəranini tutub bilinməz istiqamətə aparıblar. Onun hazırda harada saxlandığı bəlli deyil.

Bir müddət əvvəl gənc aktrisa Almaniyanın “Doyçvelle” (“Deutsche welle”) radiosuna idman reportajları hazırlamaq üçün bu ölkəyə rəsmi dəvət alıbmış. “Doyçvelle” radiosunun əməkdaşı Fərhad Payar “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında deyib ki, Peqah Ahəngərani Almaniyaya iyulun 4-də gəlməliymiş: “Amma iyulun 3-də o, ETTELAAT-a çağırılaraq təhdid edilib. Ona deyiblər ki, hava limanına getməməlisən. Peqah Ahəngərani təhdidləri nəzərə alaraq küçəyə tək çıxmazdı, harasa getmək lazım olanda dost-tanışları, ailə üzvləri ilə gedərdi”.

Peqah Ahəngərani 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisi zamanı müxalifət lideri Mirhüseyn Musəvinin seçki qərargahının fəal üzvlərindən olub. Gənc aktrisa seçkinin rəsmi nəticələrinə kütləvi etirazlar vaxtı tutulub dindirildikdən sonra azadlığa buraxılmışdı.

Peqah Ahəngərani kinorejissorlar Mənijə Hikmət və Cəmşid Ahəngəraninin qızıdır.

XS
SM
MD
LG