İranın ədliyyə rəsmilərinin bildirdiyinə görə, bu ay Zahidan şəhərində 27 nəfərin ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən iki intiharçı bomba hücumunda əli olmaqda şübhələnilən 9 nəfər həbs edilib. Zahidan şəhərinin prokuroru Məhəmməd Mərziyeh dünən İranın tələbə xəbər agentliyinə müsahibəsində Böyük Məscidin yaxınlığında həyata keçirilən hücumlarına görə həbs edilənlərdən 7-nin sübhəli, ikisinin isə günahkar olduğunu deyib.
Müstəntiqlər hədəfin Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynə həsr edilmiş günü qeyd etməyə gələnlərin olduğunu deyirlər. İyul ayının 15-də həyata keçirilən bomba hücumlarının məsuliyyətini sünnilərin Cundulla qrupu öz üzərinə götürüb.