Accessibility links

İraq baş naziri verilən möhlət ərzində hökumət formalaşdıracağına əmin deyil


İraq baş naziri verilən möhlət ərzində hökumət formalaşdıracağına əmin deyil
İraq baş naziri verilən möhlət ərzində hökumət formalaşdıracağına əmin deyil

İraq baş naziri Nuri əl-Maliki dekabrın ortalarınadək hökumət formalaşdıracağına ümid etdiyini bildirib. Prezident Cəlal Təlabaninin ondan 30 gün ərzində hökumət qurmağı rəsmən xahiş etməsindən 2 gün sonra cənab Maliki verilmiş vaxt çərçivəsində hökumət formalaşdıra biləcəyinə əmin olmadığını söyləyib. Bu ayın əvvəlində İraqın aparıcı partiya liderləri 8 ay dalana dirənmiş siyasi situasiyaya son qoyaraq hakimiyyət bölgüsü barədə razılığa gəldilər. Sabiq baş nazir Ayad Ələvinin İraqiyyə koalisiyası parlamentdə yerlərin çoxunu qazansa da koalisiya yaratmaq üçün başqa partiayalardan dəstək ala bilmədi. Səsvermədə ikinci yerə çıxmış baş nazir Malikinin koalisiyası isə anti-Amerika təmayüllü şiə ruhani Moqtada əl-Sədrin dəstəyini aldıqdan sonra seçkisonrası sövdələşmələrdə üstünlük qazandı.

XS
SM
MD
LG