İraqın təhlükəsizlik rəsmilərinin bidlridyinə görə, bu gün ölkənin şimalındakı Baici şəhərində polis yoxlanış məntəqəsi yaxınlığında maşına yerləşdirilmiş bombanın partlaması azı 4 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olub. Digər bir partlayış isə Kadimiyyə mahalında həyata keçirilib, nəticədə biri general olmaqla, iki nəfər həlak olub. Bu gün eləcə də Bağdaddan şimal-qərbdə, Hurriyə mahalında səthində maqnit olan, polisin “yapışqan bomba” adlandırdığı bombanın partladılması bir nəfərin ölümü ilə nəticələnib.