Accessibility links

İraq sərhəddindəki atışma zamanı 5 kürd militantı və 2 əsgər öldürüldü


İraq sərhəddindəki atışma zamanı 5 kürd militantı və 2 əsgər öldürüldü
İraq sərhəddindəki atışma zamanı 5 kürd militantı və 2 əsgər öldürüldü

Qeyri-qanuni PKK-ya məxsus militantlar Türkiyənin cənub şərqində yerləşən Hakkari vilayətinin Dağlıca kəndi yaxınlığında hərbi məntəqəyə hücum ediblər.

Türkiyə rəsmiləri bildirib ki, cümə günü İraq sərhəddindəki atışma zamanı 5 kürd militantı və 2 əsgər öldürülüb.

Rəsmilər qeyd edib ki, qeyri-qanuni PKK-ya məxsus militantlar ölkəninin cənub şərqində yerləşən Hakkari vilayətinin Dağlıca kəndi yaxınlığında hərbi məntəqəyə hücum edib.

Rəsmilər 2007-ci ildə üsyançıların həmin hərbi posta hücumu nəticəsində 12 hərbçinin həlak olduğunu qeyd ediblər.

PKK Türkiyənin cənub şərqində 25 ildir ki, Kürd muxtariyyəti uğrunda mübarizə aparır. Tükiyə, ABŞ və Avropa Birliyi PKK-nı terrorist qrup kimi tanıyır.

Bundan əlavə, Suriya prezidenti Bəşər əl-Əsəd ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə etmək məqsədi ilə şənbə günü Türkiyəyə iki günlük səfər edəcək.

Türkiyə prezidenti Abdullah Gülün administrasiyasından verilən bəyanata əsasən iki lider regional inkişaf məsələlərini də müzakirə edəcək.

XS
SM
MD
LG