Accessibility links

İraqda iyun ayı ərzində 535 nəfər həlak olub


Bu, 563 nəfərin öldüyü 2008-ci ilin may ayından bəri ən böyük göstəricidir

İraq rəsmiləri bildirib ki, iyul ayı son iki ildə İraqda ən çox insane tələfatı olan ay olub. Səhiyyə, Müdafiə və Daxili İşlər Nazirliklərinin açıqladığı hökumət hesabatına görə, iyul ayı ərzində ölkədə 535 nəfər həlak olub, 1043 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu göstərici 563 nəfərin öldüyü 2008-ci ilin may ayından bəri ən böyük göstəricidir. İraq mart ayında parlament seçkilərindən sonra artan zorakılıqlar dalğasına səhnə olub. Rəsmilər yaraqlıların yaranmış siyasi dalandan istifadə edib ölkədə təhləsizliyi pozmalarından ehtiyat edir. Son hesabatlara görə ABŞ hərbi qüvvələri İraqda döyüş əməliyyatlarını sona çatdırmağa hazırlaşır. Keçən həftə ABŞ vitse-prezidenti CO Bayden Amerika auditoriyasına xatırladıb ki, avqustun sonunadək 95 min ABŞ əsgəri vətənə geri dönəcək. Yerli qüvvələrə təlimlər keçmək və ABŞ-ın strateji obyektlərini qorumaq üçün İraqda 50 min Amerika əsgəri qalacaq.

XS
SM
MD
LG