İranın dövlət xəbər agentliyinin bildirdiyinə görə, İraqla sərhəd bölgədə Əl-Qaidənin yeddi şübhəli üzvü həbs edilib. Dünən İRNA-nın etibarlı mənbədən aldığı məlumata görə, təhlükəsizlik qüvvələri şübhəli şəxsləri Qərbi Azərbaycanın Sərdəşt şəhərində həbs ediblər. Məlumatda deyilir ki, İran rəsmiləri ehtimal edilən Əl-Qaidə üzvlərini kimliyini bir ay əvvəl müəyyən ediblər. Şübhəli şəxslərin iranlı və ya xarici olduqları qeyri- məlumdur. Məlumatda eyni zamanda saxlanılan şəxslərin vəhabiliyi yaydıqları da deyilir. Son illər İranda çox nadir hallarda əl-Qaidə uzvləri həbs edilir .
Məlumatda eyni zamanda saxlanılan şəxslərin vəhabiliyi yaydıqları da deyilir