Accessibility links

Hind sitar ustası Ravi Şankar 92 yaşında vəfat edib


Ravi Shankar
please wait
Embed

No media source currently available

0:00 0:01:33 0:00

Ravi Shankar


Hind sitar sənətinin görkəmli ustası, öz musiqisi ilə “Beatles” qrupunun solisti Corc Harrison və caz musiqiçisi Con Koltreynin yaradıcılığına təsir göstərmiş Ravi Şankar 92 yaşında dünyasını dəyişib.

Şankarın ailəsinin bildirdiyinə görə, o, ürək klapanının dəyişdirilməsi əməliyyatından sonra qaldığı Kaliforniya xəstəxanasında vəfat edib. Şankarın iki qızı da mışhur musiqiçidir. Onlardan biri biri Amerika musiqiçisi Nora Cons, ikinci qızı məşhur sitar ifaçısı Anuşka Şankardır.

Hindistanın Baş naziri Manmohan Sinq Şankarı xalq sənətkarı və hind mədəniyyətini dünyaya tanıdan elçi adlandırıb.

Şankar Qərbdə 1960-cı illərdə ad qazanmağa başlamışdır. “Beatles” qrupuun solisti Corc Harrison onu dünya musiqisinin atası adlandırmışdı. İki görkəmşi musiqiçi arasında dostluq və sıx yaradıcılıq əlaqələri bir neçə məşhur layihə ilə nəticələnmişdir.

Şankar Hindistanın ən yüksək mükafatı olan Bharat Ratna mükafatına layiq görülmüş, üç dəfə Qremmi mükafatı almışdır. O, “Living Room Sessions” albomuna görə 2013-cü il Qremmi mükafatına nominasiya edilmişdir. Şankar bunu keçən həftə ürəyinə cərrahiyyə əməliyyatından əvvəl öyrənmişdir.

Səhhətinin zəif olmasına baxmayaraq, Şankar keçən ay qızı Anuşka ilə birlikdə yaradıcılıq fəaliyyətinin onuncu dekadaya keçməsi münasibətilə təşkil edilmiş konsertdə çıxış etmişdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG