Accessibility links

Ərəb Liqası Bəşar Əl-Əsədə qarşı təzyiqlərin artırılması yollarını müzakirə edir


Ərəb Liqasının liderləri Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı təzyiqlərin artırılması yollarını müzakirə edir. Doha görüşü zamanı BMT və Liqanın Suriya üzrə nümayəndəsi Kofi Annanla müzakirələr keçirib. Annan Suriya liderini atəşkəs razılığına riayiət edilməsi yolunda təcili addımlar atmağa çağırıb. Kofi Annan ölkədə böhranın dərinləşəcəyi barədə xəbərdarlıqla çıxış edib.

Qətərin baş naziri Şeyx Həmid Bin Yassim Əl-Tani Annanın narahatlıqlarına qoşulub.

Ərəb Liqası Suriyadakı BMT müşahidəçilərin sülhməramlılarla əvəz edilməsinə çağırıb.

Livanın Tripoli şəhərində zorakılıqlar baş qaldırıb. Əsəd tərəfdarları ilə onun rəqibləri arasındakı toqquşma zamanı 30 adam xəsarət alıb.

Homs şəhərində də vəziyyətin nəzarətdən çıxdığı bildirilir. Suriyanın Qətərdə yerləşən müxalifət qrupu xarici müdaxiləyə səsləyib. Suriyanın Milli Şurasının lideri Bürhan Qaliun deyib ki, mülki vətəndaşlar və fəallara qarşı hücumlara son qoyulması məqsədi ilə ərəblərin hərbi müdaxiləsini alqışlaya bilər.

XS
SM
MD
LG