Accessibility links

İranda mədəndə güclü partlayış olub


İran dövlət mətbuatının verdiyi məlumata görə İranın şimal-şərqində, kömür mədənində baş vermiş güclü partlayış nəticəsində təxminən 35 nəfər həlak olub, çox sayda digəri yaralanıb.

Xilasetmə dəstələri İranın şimalında Türkmənistanla sərhəddə yerləşən Golestan vilayətində, Zemestanyurt mədənində gecə və gündüz xilasetmə əməliyyatı həyata keçirib. Mədəndə qalan insanların dəqiq sayı məlum deyil.

“Biz ümid edirik ki, bizim tunelə buraxdığımız oksigen içəridə olan 25, 26 nəfər mədən işçisinə çatıb. Biz ümid edirik onları təhlükəsizliklə oradan çıxara biləcəyik. Əməliyyat paytaxtdan və Qızıl Aypara Cəmiyyətindən gələn mütəxəssislər tərəfindən aparılır. Biz qısa zamanda partlayış baş verən yerə çıxış tapmaq üçün əlimizdən gələni edirik” deyə vilayətin Qızı Aypara Cəmiyyətinin rəhbəri Hüseyin Əhmədi bildirib.

Lakin İranın Təcili Yardım Departamentinin rəhəbri Pir Hüseyin Kolivand mədənin iki hissəsində təxminən 80 mədən işçisinin ola bildiyini bildirib.

Bundan əlavə əməliyyat zamanı mədəndə qazdan zəhərləndiyi ehtimal edilən təxminən 25 xilasetmə işçisi də xəstəxanaya aparılıb.

XS
SM
MD
LG