Accessibility links

Reper Kanye Vest prezidentlik iddiasında


Kanye Vest şənbə günü Twitter sosial şəbəkəsində bu il Birləşmiş Ştatlarda prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.

“Biz tanrıya inanaraq, Amerikanın potensialını gerçəkləşdirməli və gələcək qurmalıyıq. Mən Birləşmiş Ştatlar prezidentliyinə namizədliyimi irəli sürürəm”, Kanye Vest ABŞ-da Müstəqillik Günü yazdığı mesajında bildirib.

Kanye Vestin ABŞ prezidenti Donald Tramp və Demokrat partiyasından namizəd olacağı gözlənilən Co Baydenə qarşı ciddi kampaniya aparmağa hazır olması aydın deyil.

O əvvəl prezident Trampın tərəfdarı kimi tanınırdı və hətta Ağ Evdə onunla görüşmüşdü.

Model və aktrisa Kim Kardaşyanla evli olan repert bundan öncə bir neçə dəfə ən yüksək vəzifəyə seçilmək üçün namizədliyini irəli sürmək istədiyini bildirib.

Kanye Vestin dostu Elon Mask Twitter-də ona dəstəyini bildirib. “Mən sizə tam dəstək verirəm!”, o, Kanye Vestin tvitinə cavab olaraq yazıb.

Şərhlərə bax

XS
SM
MD
LG