Accessibility links

Türkiyə Böyük Millət Məclisinin sədri ilk səfərini Azərbaycana edib


İlham Əliyev və Binəli Yıldırım
İlham Əliyev və Binəli Yıldırım

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana səfəri çərçivəsində avqustun 29-da prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə iki ölkə arasındakı qardaşlıq münasibətlərindən söz açılıb.

Prezident Əliyev bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə daim inkişaf edir. Dövlət başçısı iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib.

“Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər”, Əliyev vurğulayıb.

İlham Əliyev Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə də parlamentlərarası əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

“Əlaqələrimiz bundan sonra da möhkəmlənəcək”.

Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk rəsmi səfərini Azərbaycana həyata keçirdiyini deyən Yıldırım qeyd edib ki, Azərbaycan böyük inkişafa nail olub.

“Azərbaycanın tərəqqisi Türkiyədə böyük sevinc hissi doğurur”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG