Accessibility links

Respublikaçı konqresmen USAGM jurnalistlərinin Əfqanıstandan çıxarılmamasını qınayıb


Maykl Makkol

Respublikaçı konqresmen Maykl Makkol ABŞ hökumətini ölkədə hərbi əməliyyatları rəsmən bitirməzdən əvvəl ABŞ-ın Qlobal Media Agentliyinin (USAGM) jurnalistlərini Əfqanıstandan çıxarmamasını "biyabırçılıq" adlandırıb.

"ABŞ Dövlət Departamentinin yerli işçilərini təxliyə etdiklərini iddia etmələrinə baxmayaraq, əslində yüzlərlə USAGM jurnalistini və ailələrini orada qoymaları tamamilə rüsvayçılıqdır" - deyə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Respublikaçı nümayəndəsi Makkol çərşənbə axşamı yazıb.

ABŞ-ın Qlobal Media Agentliyi və ya USAGM Amerikanın Səsi və Azadlıq Radiosu (Radio Azadi) da daxil olmaqla, bir neçə xəbər şəbəkəsini əhatə edən müstəqil bir federal agentlikdir.

Makkol açıqlamasında təxminən 500 USAGM işçisinin və onların ailələrinin Əfqanıstanda qaldığını və onlardan çoxuna Bayden administrasiyası tərəfindən təxliyə ediləcəklərinə dair zəmanət verildiyini bildirib.

ABŞ Qlobal Media Agentliyi hələlik bununla bağlı şərh çağırışlarına cavab verməyib.

Vaşinqton bazar ertəsi Pentaqonda keçirilən mətbuat konfransı zamanı ABŞ-ın Əfqanıstandakı missiyasının sona çatdığını elan edib və ABŞ-ın son təyyarəsinin Kabili yerli vaxtla gecə yarısından az əvvəl tərk etdiyini bildirib.

Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Respublikaçı nümayəndələri Amerikanın Səsinə administrasiyanı Əfqanıstanda qalan ABŞ-ın Qlobal Media Agentliyinin işçilərinin təhlükəsiz çıxarılmasını təmin etməyə çağırdıqlarını, lakin ABŞ ordusunun ölkəni tərk etməsindən sonra bunun necə həyata keçiriləcəyindən əmin olmadıqlarını deyib. Özəl çarter reyslərinin təşkilinə çağırış edən bəziləri jurnalistləri gizləndirkləri yerdən çıxarıb, təhlükəsiz şəkildə hava limanına çatdırmağın çətin olduğunu dərk edirlər.

Çərşənbə axşamı keçirilən brifinq zamanı USAGM jurnalistləri haqqında verilən suala cavab olaraq Dövlət Departamentinin sözçüsü Ned Prays "Onları mümkün qədər tez bir zamanda təhlükəsiz yerə keçirmək üçün lazım olan hər şeyi edəcəyik" deyib.

ABŞ ordusunun Kabildən təxliyəsinin bitməsinə bir neçə gün qalmış onlarla qanunverici Baydeni yüzlərlə USAGM jurnalistinin ölkədən təhlükəsiz şəkildə çıxarılmasını təmin etməyə çağırmışdı.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG