Accessibility links

Respublikaçılar Konqresə nəzarəti üzərlərinə götürməyə hazırlaşır


ABŞ Konqresi keçən həftə ara seçkilərdən sonra respublikaçıların Senatda nəzarəti ələ aldığı və Nümayəndələr Palatasında yerləri genişləndirdiyi şəraitdə bu gün yenidən işə başlayıb. 2007-ci ildən bəri demokratların nəzarətində olan Konqresdə prezident Barak Obamanın qatı tənqidçiləri olan opponentlər indi nüfuzlu mövqelər tutur.

Senatda nüfuzlu respublikaçı Mitç Makkonnel əksəriyyətin lideri olacaq və Nümayəndələr Palatasında hansı qanun layihələrinin müzakirəyə çıxarılmasını müəyyən edərək.

Bu qanun layihələrinin çox hissəsi Senatın indi respublikaçıların nəzarətinə keçən komitələri tərəfindən artıq təsdiq edilib. Xarici Əlaqələr Komitəsinə Obama administrasiyasının İraq və Suriyada İslam Dövləti qrupuna qarşı siyasətini kəskin tənqid edən senator Bob Korker rəhbərlik edəcək. Bob Korker Dövlət katibi Con Kerrini bu ilin əvvəli ifadə verdiyi dinləmələr zamanı planı kəskin tənqidlərə məruz qoymuşdu. “Siz bizdən heç bir məntiqi olmayan bir şeyi təsdiq etməyi istəyirsiniz. Bu, tamamilə ciddi deyil”-deyə o bildirmişdi.

Senatın Silahlı Qüvvələr Komitəsinin yeni sədrinin 2008-ci ildə prezident Obamanın respublikaçı opponenti olan senator Con Makkeynin olacağı gözlənilir. Senator Makkeyn Rusiyanın Ukraynaya müdaxiləsi də daxil olmaqla, qlobal böhranlarda ABŞ-ın ciddi cavab verməsinin tərəfdarıdır. “Bu prezidenti Vladimir Putini başa düşmür. O, onun ambisiyalarını başa düşmür. O, Putinin Rusiya imperasiyasını bərpa etmək istəyən Dövlət Təhlükəsizliyi Komitəsinin polkovniki olduğunu anlamır”-deyə Con Makkeyn bildirib.

Lakin respublikaçıların qanunvericilik orqanına nəzarət etməsinə baxmayaraq, prezident Obama ABŞ-ın xarici siyasəti ilə məsələlərdə səlahiyyətlərini saxlayacaq və hakimiyyətdə olacağı növbəti iki ildə ali baş komandan vəzifəsində qalacaq.

Bununla belə, respublikaçılar ABŞ hökumətində öz güclərini bəzi sahələrdə genişləndirə biləcək. Bu, ilk növbədə büdcəyə aiddir. Federal agentliklərin vergi ödəyənlərin pulunun xərcləməsinə yalnız Konqres icazə verə bilər. Senatın Büdcə Komitəsini növbəti sədrinin prezident Obamanın büdcə siyasətinə qarşı çıxış edən respublikaçı Ceff Sessionsın olacağı gözlənilir. “İşsizliyə dair qarşımızda olan qanun layihəsində belə böyük hökumətdə bir çox sahələrdə xərclərin azaldılması nəzərə tutulmur, hər qəpik borc götürülür.”-deyə o bildirib.

Bununla yanaşı, Senatdakı respublikaçılar prezident Obamanın xarici ölkələrdə səfirlərdən tutmuş, hakimlər və federal hökumətdə müxtəlif vəzifələrə nominasiya etdiyi namizədləri təsdiq etmək, ya da rədd kimi gücə malikdir. Senatın Ədliyyə Komitəsinə sərdlik edəcəyi gözlənilən respublikaçı Çak Qrassli prezident Obamanın Ali Məhkəmənin hakimləri postlarına nominasiya etdiyi bir sıra namizədlərə qarşı çıxış edib. “Hakimlər faktlara söykənən qanunlara əsasən mühakimə etməlidir. Hakimlər arbitr olmalıdır, onların vəzifə tutmaq üçün siyasi mövqeləri olmamalıdır”-deyə o bildirib.

Virciniya universitetində siyasi təhlilçi Larri Sabatonun bildiriyinə görə, Konqresin hər iki palatasında nəzarəti ələ alan respublikaçıların mandatı məhduddur. “Mən bunu prezident Obamanı yoxlamaq mandatı adlandırardım. Gələn iki ildə bir o qədər idarəçilik olmayacaq.”-deyə o bildirib.

Demokratlar bu ilin sonuna qədər Senatda nəzarəti saxlayır. Demokratlar nəzarətin respublikaçıların əlinə keçməsinə qədər prezident Obamanın irəli sürdüyü nominasiyaların təsdiqinə çalışacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG