Accessibility links

Riçard Holbrukun durumu ağır olaraq qalır


Riçard Holbrukun durumu ağır olaraq qalır
Riçard Holbrukun durumu ağır olaraq qalır

Corc Vaşinqton Universitetinin xəstəxanasında tibbi əməliyyatdan keçmiş ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk kritik durumdadır. Cərrahlar dünən Holbrukun əsas ürək damarı sayılan aortasındakı kəsiyi tikmək üçün əməliyyat aparıblar. ABŞ prezidenti Barak Obama həyat yoldaşı ilə birlikdə “Amerika xarici siyasətinin görkəmli xadimi” olan Holbruk üçün dua etdiklərini bildirib. 69 yaşlı diplomat əvvəllər BMT-də ABŞ səfiri işləyib və Bosniya-Herseqovinada müharibəyə son qoyan 1995-ci il Deyton sülh müqaviləsinin memarı hesab edilir. Riçard Holbruk cümə günü ABŞ dövlət katibi Hillari Klintonla görüşü zamanı ürək tutmasından sonra xəstəxanaya yerləşdirilib.

XS
SM
MD
LG