Accessibility links

Rio köhnə tramvaylarını bərpa etməyə tələsir [Video]


Rio köhnə tramvaylarını bərpa etməyə tələsir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Geridə qoyduğumuz son əsrdə dünya boyu şəhərlərin çoxu tez-tez xarab olan elektrik tramvayları daha sürətli və geniş avtobuslarla əvəz ediblər. Lakin nədənsə bərpa olunmuş tarixi tramvaylar turistlərin diqqətini çəkir. Buna görə də Rio de Janeyronun rəsmiləri Yay Olimpiya Oyunları ərəfəsində şəhərin köhnə tramvaylarını bərpa etməyə tələsir.

Köhnə tramvayların cəlbedici xüsusiyyəti var. İstanbulun Nostalgiya Tramvayı bağlandıqdan 25 il sonra yenidən bərpa olunub.

Rio de Janeironun Santa Teresa xətti də daxil olmaqla geniş tramvay şəbəkəsi bir əsrdən çoxdur fəaliyyət göstərir. Tramvayın hissələrini tapmaq çətin olduğu üçün improvizasiyaya və təmirə ehtiyac olur.

Lakin xətlər getdikcə bir-bir bağlanıb. Geriyə sadəcə Santa Teresa xətti qalıb. 2011-ci ildə əyləc sistemində nasazlıq 50 nəfərin yaralanmasına və 6-sının həlak olmasına səbəb olub. Rəsmilər bu xətti də bağlamaq məcburiyyətində qalıblar.

Lakin turistlərin və yerli xalqın təziqlərindən sonra rəsmilər xətti müasir standardlara cavab verən təhlükəsizlik xüsusiyyətlərilə keçən il yenidən bərpa edib.

Luiz Mello: “Tramvayın əyləci maqnetikdir. O maqnet tərəfindən aktivləşdirilir.”

Maqnetik əyləclə bərabər, iki pnevmatic əyləc sistemi tramvayı istənilən vaxt durdurmaq qabiliyyətinə sahibdir.

Xəttin sonunda konduktorun yenə də əli ilə trolleyi bir zolaqdan o biri zolağa dəyişdirməsi lazımdır.

Rio-nun digər hissələrində köhnə tramvaylar müasirləri ilə əvəz olunub. Müasir qatarların Olimpiada vaxtı turist axının öhdəsindən gələcəyi düşünülür. Sürücülərin təlimi yeddi ay çəkib.

Aleksandr Soares: “Bütün sürücülər hər cür fövqaladə hal üçün həm sükan üçün həm də simulyator üçün təlimdən keçiblər.”

Santa Teresa xəttinin köhnə tramvaylarını Rio-nun darısqal küçələrində görmək insanların xatirəsində yeni müasir qatarlardan daha çox qalacaq.

XS
SM
MD
LG