Accessibility links

Robot baristalar [Video]


Robot baristalar
please wait
Embed

No media source currently available

0:00 0:03:09 0:00

Qəhvə hazırlayıb, içmək ənənəsi qitələr boyu bir çox mədəniyyətdə mövcuddur. İndi Austində bir texnologiya şirkəti bu ənənəyə əlavələr edir. Belə ki, onlar qəhvə içmək təcrübəsini daha da rahat etmək üçün robot baristalar yaradıb. Bu robot bir Starbucks qəhvəsinin qiymətinə yüksək keyfiyyətli qəhvə hazırlaya bilir.

Bu məşğul barista günün istənilən vaxtı təzə qəhvə hazırlaya bilir.

Qəhvə yer yerdə içilir və bizim həll etməyə çalışdığımız problem də hər yerdə mövcuddur. Bu robot yüksək-keyfiyyətli qəhvəni əlverişli yolla, tam istədiyiniz kimi hazırlayır. Həmçinin bu robot qəhvə dənələri və xammallardan səmərəli istifadə edir.
Çarls Studor

“Məncə bu, möhtəşəmdir. Çox yaradıcıdır. Mən daha öncə buna bənzər heç nə görməmişəm. Robotun qəhvə hazırlamasını izləmək çox əyləncəlidir,” deyə müştəri Vendi Kamminqs bildirir.

Çarls Studor deyir ki, bu robot barista həm də bir çox qitədə mövcud olan problemi həll edir.

“Qəhvə yer yerdə içilir və bizim həll etməyə çalışdığımız problem də hər yerdə mövcuddur. Bu robot yüksək-keyfiyyətli qəhvəni əlverişli yolla, tam istədiyiniz kimi hazırlayır. Həmçinin bu robot qəhvə dənələri və xammallardan səmərəli istifadə edir,” o deyir.

Studor bu robot baristanı yaradan şirkətin təsisçisidir. Müştərilər mobil telefonlarına applikasiya yükləyib, sifarişlərini verirlər. Sifariş hazır olanda isə onlar robota yaxınlaşıb, qəhvələrini ala bilirlər.

“Bu mükəmməldir, çünki artıq kafeyə gedib növbədə gözləməli olmursan,” Astrid Çakon söyləyir.

“Mən şirkəti quranda Qərbdə keyfiyyətli məhsulları necə istehlak etdiyimizə nəzər saldım. Biz çox vaxt israfçı oluruq və keyfiyyətli qəhvə dənələrinin içdiyimiz qəhvəyə çevrilməsi üçün hansı yollardan keçdiyini bilmirik. Ona görə də biz, təkcə yüksək keyfiyyətli qəhvə əldə etmək problemini həll etməyə çalışmırıq, həm də müştəriləri qəhvənin mənbəyi ilə əlaqələndirməyə çalışırıq,” Studor deyir.

Qəhvə dənələri
Qəhvə dənələri

Studorun uzun-müddətli məqsədi istehlakçı ilə qəhvə yetişdiricisini əlaqələndirərək təsir yaratmaqdır. Bu da internet və sosial media vasitəsilə mümkündür.

“Bəlkə fermelerin bəzi problemləri var. Bəlkə biz elə proqramlar yarada bilərik ki, sizi onlarla əlaqələndirib, sizə “su layihəsi ilə bağlı yardım tələb olunur” deyə bilək. Bu dövrdə texnologiyadan istifadə edərək insanları birləşdirməyin yolu nədir? Məsələn qəhvə, çünki o hər kəsin əlaqə qura biləcəyi bir vasitədir,” Studor deyir.

Starbucks kimi böyük brendlər onları qəhvə dənələri ilə təchiz edən ferma icmalarını yaxşılaşdırmaq üçün öhdələrinə düşəni edir. Amma görəsən öhdəliyi və məqsədi olan bu robot baristalar ənənəvi kafelərə təhlükə yaradıb, onları əvəzləyəcəkmi?

Bu, böyük bazardır. Elə ixtisaslaşdırılmış kafelər var ki, orada yüksək keyfiyyətli təlim almış baristalar işləyir və mən bizim onları əvəzləyəcəyimizi düşünmürəm. Məncə ona hələ vaxt var. Amma robot baristaların fəaliyyət göstərə biləcəyi çox sayda məkan var.
Çarls Studor

“Bu, bir az zaman alacaq, amma mən əminəm ki, gələcəkdə Starbucks yerinə bunlar olacaq,” Astrid Çakon söyləyir.

Studor deyir ki, həm robot, həm insan baristalar müxtəlif qəhvə ehtiyaclarını qarşılaya bilir.

“Bu, böyük bazardır. Elə ixtisaslaşdırılmış kafelər var ki, orada yüksək keyfiyyətli təlim almış baristalar işləyir və mən bizim onları əvəzləyəcəyimizi düşünmürəm. Məncə ona hələ vaxt var. Amma robot baristaların fəaliyyət göstərə biləcəyi çox sayda məkan var. Məsələn, gecə yarısı bir hospitalda olduğunuzu düşünün. Oradakı qəhvənin keyfiyyəti necə olacaq ki? Ya da səhər saat 5:30-da hava limanında olduğunuz düşünün. Biz bütün bu yerlərdə yüksək keyfiyyətli xidmət irəli sürmək istəyirik,” Studor deyir.

Briggo-nun robot baristaları hazırda Austin ərazisindədir, amma onları başqa şəhərlərdə də istifadəyə vermək planlaşdırılır.

XS
SM
MD
LG