Bu cihaz nəhəng burğu alətinə bənzəyir. Amma əslində iri miqyaslı sənət layihələri hazırlanan zaman qəlib kəsmək üçün proqramlaşdırılmış robotdur. Avstraliyanın Brisbeyn şəhərində yerləşən Şəhər Sənət Layihəsi binalar üçün xüsusi sənət dizaynları edir.
“Son 10 ildə biz binalar üçün 10-15 iri miqyaslı fasadlar tikmişik. Hər biri Avstraliya bazar üçün Çində istehsal edib. Bu il biz ilk dəfə iri miqyaslı fasadı ölkənin içində hazırladıq.”
Fasad hazırlayanlar robot köməyindən çox məmnundurlar.
“Mən bu işlə 40 ildir ki, məşğulam və gördüyümüz işin böyük hissəsi çox yorucudur. Robot həmin işləri bizim əvəzimizə edəcək.”
Bu droid 8 milyon dollara başa gələn Avstraliyanın dizayn robotiks araşdırma layihəsinin bir parçasıdır. Layihənin məqsədi unikal qəliblər hazırlaya bilən, vizual dəyərləndirmə imkanına malik adaptiv robotların inkişaf etdirilməsi idi.
Hal-hazırda insanlar robotlara nə etməli olduqlarını deyirlər. Amma növbəti beş ildə süni intellekt imkan verəcək ki, maşınlar çəkdiyi naxışları görə bilsinlər və insanın göstərişi olmadan düzəlişlər etsinlər.
“Bu yalnız nəyin harada olduğunu müəyyən etmək deyil. Bu, naxışı bir yerdən götürüb, başqa bir yerə vurmaq, ümumi formanı görmək və ümumi forma ilə işləməkdir. Bu böyük fərqdir.
İnsanlardan fərqli olaraq, robotlar bu işləri bir gün ərzində tamamlaya bilərlər.