Accessibility links

Robot robot düzəldir [Video]


Robot robot düzəldir
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Bu, təbiətdə ən uyğun varlığın sağ qalmasının robot variantıdır. Ana robot düzəltdiyi hər bir uşağının qabiliyyətini sınaqdan keçirir və bu xüsusi qabiliyyətləri gələcək nəsil robotlarına ötürür.

Andre Rosendo: "Ana robot uşağı düzəldir və onları işlədir. O, onların davranışlarını qiymətləndirir və davranışlardan əldə etdiyi məlumatlardan istifadə edərək gələcək nəsil robotlar yaradır."

Burada insan müdaxiləsi yoxdur. Mühəndislər sadəcə bir yerdən o biri yerə hərəkət edəcək robotlar üçün kompyuter proqramı yazır. Ana öz uşaqlarını hissələri bir birinə yapışdıraraq, kiçik mühərrik və fərqli konfiqurasiya əlavə edərək düzəldir. Sonra onların nə qədər sürətli hərəkət etmələrini nəzərdən keçirir. Ən sürətlisinin dizaynını yaddaşında saxlayır.

Fumiya İda: "Ana robot yüzlərlə uşaq robot düzəldə və onların qabiliyyətinə nəzarət edə bilər. Əgər onların qabiliyyətləri yaxşıdırsa, həmin dizaynı gələcək nəsil robotlar üçün yaddaşda saxlayır. Pisdirsə, sadəcə unudur."

Yaxşı uşaq robot düzəltməyə tədqiqatçı komandası nəzarət edir.

Andre Rosendo: "Biz robotun əsasını proqramlaşdırırıq. Robot düzəltdiyi robota görə mükafatlandırılan bəzi funksiyalara sahibdir. Onlar mükafatlandırılmada arbitrar seçim edə bilmirlər. Misal üçün uşaq robot uzun məsafə qət edərsə ən yaxşı mükafatı alır."

Bir neçə istehsaldan sonra uşaq robotlar iki dəfə sürətli qaçır.

Fumiya İda: "Ana robot 500 robot düzəldir və hansının yaxşı, hansının pis olduğunu müəyyən edir."

Tədqiqatçılar deyir ki, bu cihazlar maşınqayırma zavodlarında istehsal xəttindəki səhvlərə nəzarətçi kimi istifadə edilə bilər. Robotlar səhvləri taparaq daha yaxşı avtomobil dizaynına kömək edə bilər.

XS
SM
MD
LG