Uzaqdan iş iclasda iştirak etmək asandır. Telekonfrans softveyrlərindən istifadə etməklə bunu həll edirsən.
Lakin bir neçə iclasda ardıcıllıqla iştirak etmək və ya bir neçə xəstəni xəstəxanada ziyarət etmək daşınan cihazı gəzdirmək tələb edir.
Teleprezens ideyası çoxdandır var. Lakin bu təcrübə şəkilində olaraq qalırdı. Çünki kompyuter ekranı, kamera və digər lazımlı aksesuarların hərəkət edə biləcək platformaya yerləşdirilməsi yüksək məbləğ tələb edirdi.
Deyvid Kan: “Biz iPad-dan istifadə edərək müştərilərin istifadə edə biləcəyi daha ucuz, mobil və çox asan cihaz meydana gətirdik.”
Münasib qiymətə telepresense robotu düzəltmək üzərində aparılan araşdırmada mühəndislər deyir ki, onlar üç problemi həll etmək istəyiblər.
Deyvid Kan: “Birincisi cihazın yüngül olması və beləliklə o vahiməli olmaqdan və nəyəsə zərər verməkdən uzaq olacaq. Uzun olmalıdır, təqribən 150sm və ofisdə insanların arasında rahat gəzə bilməsi, masanın arxasına keçə, hər yerə girib-çıxa bilməsi üçün kiçik olmalıdır. Bunu edə bilmək üçün yeganə yol, balans robotu meydana gətirmək idi.”
Üzərinə ipad qoşulan robot Double 2 adlanır və öz beynindən istifadə edərək xidmət göstərir. Bununla yanaşı siz robotu kompyuterinizdən idarə edə bilirsiz.
Robotun iPad-siz dəyəri 3min dollardır. 5000-dən çox cihaz dünya boyu əməkdaşlıq edən şirkətlərə, xəstəxanalara və özəl şəxslərə göndərilib. İşçilər bir iclasdan o biri iclasa qatılmaqla yanaşı, iş yoldaşları ilə də danışa bilər, dərsə getmək istəməyən tələbələr isə dərsdə iştirak və dostları ilə də eyni zamanda danışa bilər.
Rouble Robotics şirkətindən deyirlər ki, biz bu yaxınlarda teleprezens robotlarına muzeylərdə və digər ictimai yerlərdə rast gələcəyik.