Accessibility links

BMT məhkəməsi Myanmaya Rohincaları qorumaq üçün addımlar atmasına dair göstəriş verib


BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Myanmaya 2017-ci ildə ordunun qanlı təqibi nəticəsində evlərindən qaçmaq məcburiyyətində qalan etnik Rohinca müsəlmanlarına qarşı soyqırımın qarşısını almaq üçün "öz səlahiyyətləri daxilində bütün mümkün addımları" atmasına dair göstəriş verib.

Məhkəmənin cümə axşamı açıqladığı qərar Qərbi Afrikada yerləşən Qambiyanın 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı adından Myanmaya qarşı 1948-si il Soyqırım Konvensiyasını pozmaqda ittiham edərək irəli sürdüyü şikayətinə cavab olaraq verilib.

2017-ci ilin avqustunda Myanmanın şimal-qərbindəki Rakxayn ştatında Rohinca militantlarının təhlükəsizlik postlarına hücumlarına cavab olaraq, Myanma ordusunun başlatdığı "yerlə-yeksan" kampaniyası nəticəsində 700 mindən çox Rohinca müsəlmanı sərhədi keçərək Banqladeşə qaçıb.

BMT sağ qalanlarla apardığı müsahibələrə əsaslanaraq apardığı istintaq nəticəsində çoxsaylı qırğınlar, qətllər, təcavüzlər və kəndlərin yandırılması kimi halların olduğunu üzə çıxarıb və bu zorakılıqların "soyqırım niyyəti" ilə həyata keçirildiyinə dair nəticəyə gəlib.

Məhkəmənin Haaqadakı qərargahında qərarı oxuyan prezident Əbdülqavi Əhməd Yusuf rohincaların hələ də ordu tərəfindən "real və qaçılmaz risk" qarşısında olaraq qaldığını deyib.

Məhkəmə Myanmaya soyqırımda əli olanların məsuliyyətə cəlb edilməsini, ordu və ya hər hansı bir müttəfiq silahlı qrupların soyqırım etməməsini və ya Rohincalara qarşı soyqırım başlamaq üçün heç bir konspirasiya ilə məşğul olmamasını təmin etməyə, cinayətlərlə əlaqəli bütün dəlilləri qoruyub saxlamağa və rohincaların Rakxayn ştatına repatriasiyalarını asanlaşdırmağa göstəriş verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG