Accessibility links

Rohinca qaçqınları Dehlidə problemlərlə üzləşir [Video]


Rohinca qaçqınları Dehlidə problemlərlə üzləşir
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Dehlidə yaşayan Rohinca qaçqınları hər gün yeni çətinliklərlə üzləşirlər. Hindistan paytaxtında qadağan edilmiş torpaq sahəsində salınan qaçqın düşərgəsinin ərazisi 100 kvadrat metrdən azdır. Oradakı qaçqınlar qovulmaq qorxusu, habelə yanğın və daşqın təhlükəsi ilə yaşayırlar.

Dehlinin Kalindi Kunc məhəlləsində yerləşən Rohinca düşərgəsinə daxil olmadan, onun qarşısında qaçqınların orada qəbul edilmədiyini əks etdirən posterlər asılıb. Bu ərazi Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatınına məxsusdur. Rohinca qaçqınları aprel ayında onların ilk qaçqın düşərgəsinin yanğın nəticəsində dağılmasından sonra bura yerləşməyə məcbur olublar. Kəbir Əhməd onlardan biridir.

Bizim canımızdan başqa heç nəyimiz qalmayıb. Mənim son altı ildə qazandığım hər şey yandı. Mənim heç paltarım da yoxdur.
Kəbir Əhməd

“Bizim canımızdan başqa heç nəyimiz qalmayıb. Mənim son altı ildə qazandığım hər şey yandı. Mənim heç paltarım da yoxdur”, o deyir.

O zaman Rohinca qaçqınları Zəkat Fondu adlı müsəlman qeyri-hökümət təşkilatına aid torpaqda brezent çadırlarda qalırdı. Yanğından sonra fond qaçqınlar üçün qalay və asbestdən yeni evlər tikməyə başladı, amma daha sonra nəzərdə tutulan düşərgənin 110 kvadrat metrinin Uttar Pradeş ştatına aid olduğunu öyrəndi. Tikinti işləri o zamandan bəri torpaqın mülkiyyət hüququnun kimə aid olduğu müəyyən olunanadək dayandırılıb.

“Aşağı səviyyəli məhkəmənin hakimi bizdən sərhəd çəkilənədək bu insanları burada saxlamağımızı əmr edib. Bu səbəbdən də bu insanlar burada qalmalıdır, inşaat səbəbilə bu çətin olsa da”,- deyə Zəkat Fondunun katibi İrfan Baiq bildirir.

Fond çadırları burada saxlamaq üçün hər gün təxminən 146 ABŞ dolları ödəyir. Bu, təşkilat üçün böyük maddi yükdür, yanğına səbəb ola biləcək açıq kabellər və plastiklərin olduğu yerdə yaşayan qaçqınlar üçün isə təhlükədir. Yanğın təhlükəsinə baxmayaraq, rohincalılar deyir ki, onlar daha çox qabaqdan gələn musson yağışlarından narahatdır.

Dehli düşərgəsində Rohinca qaçqını
Dehli düşərgəsində Rohinca qaçqını

Rohinca qaçqını Ənvər Şah: “Yağış yağanda, bizim çadıra hər tərəfdən su daxil olur. Bizim bütün əşyalarımız, ərzaqlarımız islanır”.

“Biz humanitar baxımdan bu insanların burada rahat yaşamalarını istəyirik. Burada çox sayda balaca uşaq var, biz onlara zərər gəlməsini istəmirik”, Zəkat fondunun vitse-prezidenti S. M. Şakil söyləyir.

Bu mübahisəli düşərgədə yaşayan 250 Rohinca qaçqını hər gün təhlükə ilə üz-üzədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG