Roma papası Fransis aprelin 25-də 130 miqrantın Aralıq dənizində ölüm qorxusundan danışaraq, BMT-yə üzv dövlətləri çətinlik çağırışlarına cavab verməməkdə günahlandırdıqdan sonra "indi utanmaq vaxtıdır" deyib.
Aralıq dənizində axtarış aparan ticarət və yardım gəmiləri Liviya yaxınlığındakı beynəlxalq sularda rezin qayıq yaxınlığında 10 cəsəd aşkarlayıb.
Fransanın humanitar təşkilatı SOS Mediterraneenin verdiyi açıqlamaya görə, qayıqda 130 nəfər olduğu təxmin edilir.
"Sizə etiraf edirəm ki, Aralıq dənizindəki daha bir faciədən çox narahatam" - deyə, Fransis həftəlik xeyir-dua tədbiri üçün Müqəddəs Peter Meydanına toplaşan yüzlərlə insana bildirib.
"Onlar insandır. İki gün ərzində boş yerə kömək diləyən, heç vaxt gəlməyən bir kömək diləyən insan həyatlarıdır. Bacı və qardaşlar, gəlin bu mövzuda özümüzdən soruşaq, dah bir faciəmi?. İndi utanmaq zamanıdır" - deyə, papa insanlara müraciət edib.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Safa Msehli deyib ki, "ölkələr 100-dən çox insanın həyatını xilas etmək üçün hərəkət etməkdən imtina edib.
Roma papası dənizdə ölən bütün miqrantlar və "kömək edə bilənlər, ancaq başqa tərəfə baxmağı üstün tutanlar üçün dua etməyə çağırıb.
İllərdir davam edən vətəndaş müharibəsi ilə bölünən Liviya Avropaya çatmaq istəyən miqrantlar üçün əsas yoldur.
BMT son ölümlərin bu il Aralıq dənizi marşrutu boyunca 500 nəfərə yaxınlaşdıracağını bildirib. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çoxdur.