Accessibility links

Roma Papası: Ölüm cəzası qəbuledilməzdir!


Vatikanın bildirdiyinə görə, Roma Papası kilsədən doktrinada dəyişiklik edilərək, ölüm cəzasının yolverilməz elan edilməsini istəyib.

Katolik kilsəsinin bildirib ki, ölüm cəzası uzun zamandır ictimaiyyətin müdafiəsi məqsədi ilə nəzərdən keçirilirdi. Lakin indi hətta ən ağır cinayət törətmiş olsa belə, insan ləyaqəti diqqətə alınmalıdır.

İnsanı ruhunun xilasından məhrum etmədən də daha effektiv cəza üsulları tətbiq etmək mümkündür.

Bildirilib ki, insanı "axirətdə ruhunun xilasından məhrum etmədən də" daha effektiv cəza üsulları tətbiq etmək mümkündür.

Katolik kilsəsinin doktrinasında ölüm cəzası insan ləyaqətinə hücum kimi qiymətləndirilir. Kilsə cəzanın dünya boyu ləğvinə çalışır.

İnsan haqları fəalları edam cəzasını müasir dövrün ideallarına zidd hesab edir.
İnsan haqları fəalları edam cəzasını müasir dövrün ideallarına zidd hesab edir.

Dünya boyu 1.2 milyardlıq katolikin ruhani rəhbərinin son bəyanatı hazırda ölüm hökmünün bəzi ştatlarında qüvvədə olduğu ABŞ üçün xüsusi əhəmiyyət kəsb edə bilər.

1978-ci ildə Papa Yohann Pavelin dönəmindən bəri katolik kilsəsində edam cəzası ilə bağlı intellektual təkamül yaşanılır.

XS
SM
MD
LG