Accessibility links

Roma Papası ilk dəfə İslamın vətəni Ərəbistan yarımadasına səfər edib


Roma Papası Roman Katolik Kilsəsinin lideri kimi ilk dəfə İslamın vətəni Ərəbistan yarımadasına səfər edib.

Fransis Birləşmiş Ərəb Əmirliklərində dinlərarası konfransda iştirak edəcək. Çərşənbə axşamı onun Romaya qayıdacağı gözlənilir.

Vatikanı tərk etməzdən əvvəl Roma Papası Yəməndəki humanitar böhranı dərin narahatlıqla yaxından izlədiyini deyib və tərəfləri beynəlxalq razılıqların şərtlərinə əsasən iztirab içində olan insanları ərzaqla təmin etməyə çağırıb.

Fransis və Misirin min yaşı olan Əl-Əzhər sünni qrupunun lideri Əşəməd Tayeb bazar ertəsi "İnsan Qardaşlığı Toplatısı"nda çıxış edəcək.

Toplatıya müsəlmanlar, xristianlar və yüzlərlə yəhusi, hindu, budpərəst və digər dinlərin təmsilçiləri qatılacaq.

Çərşənbə axşamı Papa Əbu-Dabidə dini mərasimdə iştirak edəcək.

Katolik Kilsəsi inanır ki, Birləşmiş Ərəb Əmirliklərində bir milyona yaxın katolik yaşayır. Onların əksəriyyəi Filippin və Hindistandan olan miqrantlardır.

Mərasimdə 135 min insanın iştirakı gözlənilir. Bu, Ərəbistan yarımadasında ən böyük xristian mərasimlərindən biri olacaq.

XS
SM
MD
LG