Accessibility links

Roma Papasından homoseksuallar barədə açıqlama

Pope Francis talks with journalists as he flies back Rome following his visit to Brazil July 29, 2013. Pope Francis, in some of the most conciliatory words from any pontiff on gays, said they should not be judged or marginalised and should be integrated i

Roma Papası Fransis Roma Katolik kilsəsində homoseksuallar barədə danışıb.

Papa kimi ilk səfəri başa vuraraq Braziliyanı tərk edən Papa Fransis Romada jurnalistlərə açıqlama verib. O deyib ki, o, keşişlərin seksual orientasiyasını mühakimə edə bilməz. "Əgər kimsə homoseksualdırsa və xoş məramla Allaha üz tutursa, mən kiməm ki onu mühakimə edim" - deyə pontif bir saat yarım davam edən mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, kilsə homoseksuallıq hərəkətini günah hesab etsə də, homoseksuallar orientasiyasına görə təcrid olunmamalıdırlar. Daha sonra Roma Papası deyib ki, onlar cəmiyyətə inteqrasiya etməlidirlər.
XS
SM
MD
LG