Accessibility links

Rumıniyada baş verən fırtına azı 8 nəfərin ölümünə səbəb olub


Rumıniyanın qərbində bazar günü baş verən fırtına azı 8 nəfərin ölümünə, 67 nəfərin yaralanmasına səbəb olub.

Fövqəladə hallar rəsmilərinın bildirdiyinə görə, ölənlər supermarket ətrafında olan insanlar və ya oradan çıxanlar olub.

Timisoara şəhərində bir kişini yerindən qopan bilbordun vurub öldürdüyü, bir qadının isə qırılan ağacın altında qalaraq öldüyü bildirilib. Ölkənin qərbindəki Buzia şəhərində ölən iki nəfərdən birinin də ağacın altında qalaraq öldüyü, Bistritsa şəhərində isə bir nəfərin parkda gəzərkən qırılan ağacın altında qalaraq öldüyü bildirilib.

Saatda 100 km. sürətlə əsən külək bir neçə xəstəxananın, məktəblərin və yaşayış binalarının damlarını qoparıb.

Rumıniyanın bəzi bölgələrində yıxılan ağaclar yollar və dəmir yol xətlərində hərəkətin dayanmasına səbəb olub, onlarla şəhər elektriksiz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG