Accessibility links

Mitt Romni afro-amerikalılardan dəstək istəyir


Respublikaçı namizəd qaradərililəri təmsil edən NAACP təşkilatının illik qurultayında nitq söyləyəcək

Çərşənbə günü Texasın Hyuston şəhərində Qaradərililərin İnkişafi üçün Milli Assosiasiyanın (NAACP) illik qurultayında Respublikaçılar partiyasından prezidentliyə namizəd Mitt Romni çıxış edəcək.

Romninin Amerikanın ən qocaman insan haqları grupu qarşısında çıxışı Prezidenti Barak Obamanı böyük sayda dəstəkləyən afrikalı-amerikalıların dəstəyini qazanmağa hesablanıb.

Müşahidəçilərin fikrincə, Demokratik seçici blokunun özəyini təşkil edən afrikalı-amerikaların dəstəyini qazanmaq Romni üçün vacib məsələdir.

NAACP-nin bu ilki qurultayda qaldıracağı məsələlərdən biri azlıqların seçki hüquqları olacaq. Təşkilat bildirir ki, bir çox ştatlarda qəbul olunan yeni hüquqi normalar seçkilərdə iştirak etmək üçün vətəndaşlardan foto identifikasiya kartı tələb edir ki, bu, da öz növbəsində ədalətsiz şəkildə qaradərili və ispandilli insanları ayrıseçkiliyə məruz qoyur.

Romni nitq söyləyərkən diqqəti əsasən afro-amerikalılar arasında qeyri-adi dərəcədə yüksək işsizlik faizinə yönəldəcək. Belə ki, Amerika boyu orta işsizlik 8.2 faiz olduğu halda, afro-amerikalılar arasında bu rəqəm 14.4 faiz təşkil edir.

Prezident Obama 2008-ci ildə keçirilən Ağ Ev kampaniyasında bu təşkilat qarşısında nitq söyləmişdi, amma bu il söyləməyəcək. Vitse prezident Co Bayden cümə axşamı qurultayda olacaq.
XS
SM
MD
LG