Accessibility links

Futbolçu Kristiano Ronaldo yeddi uşağı olmasını istəyir


Futbolçu Kristiano Ronaldonun artıq üç uşağı var. Amma deyilənə görə idmançı daha da çox uşağının olmasını istəyir.

Futbolçu Kristiano Ronaldo əlavə dörd uşağının da olmasını istəyir.

Futbol ulduzu deyilənə görə, bu xəbəri Çin televiziyasına müsahibəsində verib. O deyib ki, onun böyük oğlu daha da çox qardaşının, bacısının olmasını istəyir. Və Ronlado onun arzusunu yerinə yetirməkdə qətidir.

Belə ki, bu ayın əvvəli onun sevgilisi Ceorcina Rodriqezin hamilə olduğu açıqlanıb.

Onun iki əkiz uşağının surroqat ana tərəfindən həyata gətirdiyi və həmin qadının adının doğum şəhadətnaməsində hallanılmadığı, və sənətdə yalnız Kristianonun adının yazıldığı bildirilir.

Uşaqlarının köməyi ilə futbol komandası yaratmaq arzusunda olan Ronaldoya uğurlar arzulayırıq.

XS
SM
MD
LG