Accessibility links

Roma papası Fransis Mosulu ziyarət edib


Roma papası Fransis bazar günü İraqın şimalını ziyarət edib. O, İslam Dövləti tərəfindən dağıdılmış kilsələrin xarabalıqlarında dua edib.

Roma papasının ilk dayanacağı vaxtilə İslam Dövlətinin qalası olan Mosul olub.

İraq müharibəsi qurbanları üçün məhv edilmiş bir neçə kilsənin xarabalıqları arasındakı şəhər meydanında dua edib.

Mosuldan sonra Fransis İslam Dövləti qüvvələri tərəfindən dağıdılmış qədim xristian qəsəbəsi Qaraqoşa yola düşüb.

Papa orada Məsum Konsepsiya Kilsəsində yerli icma üzvləri ilə görüşüb.

Fransis Bağdada dönməzdən əvvəl Ərbildəki Franko Həriri stadionunda keçirilən mərasimdə iştirak edib. COVID-19 məhdudiyyətləri səbəbindən mərasimə 10 000 nəfər qatılıb.

84 yaşlı Fransis şənbə günü səhər şiələrin müqəddəs şəhəri Nəcəfə ziyarəti zamanı İraqın ali şiə ruhanisi Baş Ayətullah Əli Əl-Sistani ilə görüş keçirib. Hər iki lideri görüşdən sonra bəyanat yayaraq İraqın müxtəlif dini qruplarını dinc şəkildə birlikdə yaşamağa çağırıblar.

Sosial mediada paylaşılan həvəskar videoda İraqın cənubunda bir qrup uşağın şənbə günü öləkinin şiə dini rəhbəri ilə görüşmək üçün Nəcəfə doğru gedən Papa Fransizi salamladıqları göstərilib.

Bundan əlavə bir çox şəhər və kəndlərdə reklam lövhələri üzərində Papanı salamlayan mesajlar yazılıb.

Bağdaddan Nəcəfə helikopterlə gedən Papa Fransis Əl-Sistanini kompleksinə çatmaq üçün yaxın müşavirlərinin müşayiəti altında gəzərək Nəcəfin dar küçələrindən keçib. Papanın Əl-Sisteni ilə bir saata yaxın keçirdiyi görüşündə onu Xaldey Patriarxı Kardinal Luis Rafael Sako müşayiət edib.

Ərəb mediası Papa Fransislə Əl-Sistani arasında görüşün təşkilinin “illərə ay vaxt apardığını” bildirib, çünki şiə ruhani çox nadir hallarda ölkəni ziyart edən dini və ya siyasi xadimlərlə görüşür. Lakin Kardinal Sakonun Əl-Sistani və onun müşavirləri ilə yaxın əlaqələrinin olduğu deyilir və o hər iki kişinin sülh və birlik mesajını verməsini istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG