Accessibility links

Yukiya Amano Həsən Ruhani ilə görüşəcək


Tərəflər İranın nüvə obyektlərinin təştişi məsələsini gündəmə gətirəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri sabah Tehranda İran prezidenti ilə görüş keçirməlidir.

Yukiya Amanonun Həsən Ruhani ilə görüşü İranla nüvə razılığı əldə edilməsi üçün Vyanada aparılan müzakirələr vaxtına təsadüf edir.

Tərəflər agentliyin İranın nüvə obyektlərinin təştişi məsələsini gündəmə gətirəcək.

Baxmayaraq ki, son bir neçə həftədir İran hərbi obyektlərin təştişi və alimlərlə müsahiblər keçirilməsinə yol verməyəcəyini deyir.

Təştiş və İrana qarşı sanksiyaların ləğvi yolları ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya nümayəndələrinin iştirak etdiyi müzakirələrin əsas məqamlarıdır.

Razılıq əldə edilməsinə dair müzakirələrin müddəti iyul ayının 7-dək uzadılıb.

ABŞ prezidenti Barak Obama İranın güclü yoxlanış mexanizmi ilə razılaşmalı olduğunu və İran nüvə silahının istehsalı yolundan çəkinmədiyi təqdirdə Amerikanın müzakirələri tərk edəcəyini bildirib.

İran isə nüvə proqramının dinc mahiyyət daşıdığını deyir.

XS
SM
MD
LG