Accessibility links

Həsən Ruhani: “Onlar unudublar ki, Berlin divarları uzun illərdən sonra dağıldı


“Millətlər arasında divar hörmək vaxtı deyil”. Bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın mühacirət siyasətinə münasibət bildirərkən deyib.

Ruhani bunu İran paytaxtında bu gün turizm üzrə konfransdakı çıxışında deyib.

“Onlar unudublar ki, Berlin divarları uzun illərdən sonra dağıldı”, o bildirib. Ruhani əlavə edib ki, hətta iki xalq arasında divarlar olsa da, onlar uçurulmalıdır.

Bu günlərdə Donald Tramp Meksika və ABŞ arasında divar hörülməsinə göstəriş verib, İran kimi müsəlman ölkələrindən vətəndaşların ABŞ-a səyahətini məhdudlaşdırıb.

Tramp bunu ölkəni “radikal İslam terrorçularından” uzaq tutmaq və təhükəsizliyi qorumaq üçün etdiyini açıqlayıb.

XS
SM
MD
LG