İranın xəbər agentlikləri prezident Həsən Ruhaninin Tehranda yəhudi xəstəxanasına 400 min dollar ianə etdiyi haqda xəbər yayıb.
Xəbər agentliklərinin verdiyi məlumata görə, cənab Ruhani hökumətinin İranda azlıqlara daha çox diqqət göstərəcəyini deyib.
Tehranda yəhudilər tərəfindən təsis və idarə edilən Doktor Sapir xəstəxanasında bütün xəstələrə xidmət göstərilir. Xəstəxananın personalının böyük hissəsi müsəlmanlardan ibarətdir.
İranda təxminən 25 min yəhudi yaşayır. Bu, Yaxın Şərqdə İsraildən kənarda yaşayan ən böyük yəhudi icmasıdır.
Prezident Ruhaninin İranda yəhudilərin ehtiyaclarının qarşılanması haqda vədləri Holokostu rədd edən və İsrailin məhvinə çağıran keçmiş prezident Mahmud Əhmədinejadın mövqeyi ilə təzad təşkil edir.