Accessibility links

Rusiya təhlükəsizlik zonalarına nəzarət üçün Suriyada hərbi polis yerləşdirib


General-polkovnik Sergey Rudskoy
General-polkovnik Sergey Rudskoy

Rusiya Suriyada atəşkəsə əməl olunduğuna nəzarət edilməsi məqsədilə iki yeni təhlükəsizlik zonasında hərbi polis yerləşdirib. Bu barədə Rusiya rəsmiləri məlumat verib.

General-polkovnik Sergey Rudskoyun bildirdiyinə əsasən, Rusiya qüvvələri Suriyanın cənub-qərbində, Dəməşq yaxınlığındakı Şərqi Qutadakı təhlükəsizlik zonaları ətrafında yoxlama məntəqələri və monitorinq postları yerləşdirib.

May ayında Rusiya İran və Türkiyə Suriyada altı ildir davam edən münaqişənin həlli səyləri çərçivəsində dörd təhlükəsizlik zonasının yaradılması barədə razılıq əldə edib. Plana əsasən, Suriya prezidenti Bəşar Əl-Əsədin ordusu və hərbi hava qüvvələri müəyyən edilmiş zonalarda əməliyyatları dayandıracaq.

Bu dörd təhlükəsizlik zonasında təxminən 2,5 milyon insan yaşayır.

Dəməşqin şərqindəki Qutada dağılmış bunanın qarşısında toplaşmış uşaqlar, 17 iyul
Dəməşqin şərqindəki Qutada dağılmış bunanın qarşısında toplaşmış uşaqlar, 17 iyul

Əsəd qüvvələri və Suriya üsyançıları arasında Şərqi Qutada atəşkəs haqda razılıq şənbə günü Qahirədə Misirin vasitəçiliyi ilə əldə edilib.

TASS informasiya agentiyinin verdiyi məlumata əsasən, Rusiya hərbi qüvvələri bildirib ki, atəşkəs haqda razılıq "de-eskalasiya zonaları, yerləşdirilmələr və təhlükəsizlik zonasına nəzarət edən rəsmi qüvvələrin səlahiyyətləri, eyni zamanda, humanitar yardımın çatdırılması yolları və mülki vətəndaşların hərəkət marşrutlarını müəyyən edir".

Suriyada 2011-ci ildə hökumət əleyhinə nümayişlərdən sonra vətəndaş müharibəsinə çevrilən münaqişədə 330 mindən çox insan həyatını itirib.

XS
SM
MD
LG