Accessibility links

Rus dənizçilər azad edilib


2 rus və bir litvalı gəmi kapitanını 7 həftə əvvəl Kamerun sahillərində piratlar girov götürmüşdü

7 həftə əvvəl Kamerun sahillərində piratların ələ keçirdiyi 3 avropalı dənizçi azad edilib. 2 rus və bir litvalı gəmi kapitanı mayın 16-da baş vermiş insident zamanı girov götürülmüşdü. Bu dənizçilərin işlədiyi yunan şirkətinə istinad edən Rusiya Dənizçilər Birliyi bəyan edib ki, rus dənizçilər bu gün azad edilib. Rusiya xəbər agentliyinin bildirdiyinə görə, şirkət girovları geri almaq üçün piratlara müəyyən məbləğdə pul ödəyib. Digər bir məlumata görə, Argo gəmisinin litvalı kapitan da bu gün azad edilib. Onların hazırda tibbi müayinədən keçmək üçün Nigeriyaya getdiyi bildirilir.

XS
SM
MD
LG